Yeni Başlanğıclar üçün!
Coders Caravan proqramlaşdırma sahəsində karyera qurmaq istəyən, Şamaxı və Mingəçevir rayonlarından olan
qadınlar üçün tam təqaüd imkanı təklif edir!
USAID, Coders Azerbaijan, Qara Dəniz Əməkdaşlıq Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
Technest Təqaüd proqramının birgə təşkilatçılığı və NS Studio Media Tərəfdaşlığı ilə keçiriləcək
layihəyə seçilmiş 20 iştirakçı 8 ay boyunca həftə içi hər gün, hər dərs 3 saat olmaqla Full Stack
təlimlərində iştirak edəcək. Təlimlər nəzəri və praktiki əsaslarda təlimçi və 2 mentor vasitəsilə baş
tutacaq. Dərslər online şəkildə xüsusi “Coders Online” metodu vasitəsilə həyata keçiriləcək.
Proqram çərçivəsində hər ay 1 dəfə olmaqla öncədən təyin edilmiş tarixlərdə qeyd edilən rayonlarda “Soft
Skill” bacarıqların inkişafı üçün təlimlər baş tutacaq.
Kimlər müraciət edə bilər:
- Şamaxı və Mingəçevir rayonlarından hər hansı birində qeydiyyatda olan;
- 18-29 yaş aralığında olan qadınlar;
- Gələcək karyerasını bu sahədə qurmağı hədəfləyən;
- İlkin kompüter anlayışlarına sahib olan;
- Proqramlaşdırma üzrə həvəsli və motivasiyalı olan.
Əgər yuxarıda qeyd edilmiş meyarlara uyğunsansa elə indi müraciət et!
Yeniliklərə "Coders Caravan" ilə başla!
#yenibaşlanğıclarüçün